10 Mart 2009 Salı

Yerin altında da tıxac...



Sərnişin dolu qatarlar yarım saatdan çox tuneldə qalıb.

Bugün təxminən saat 9.45 radələrindən Bakı metrosunun hərəkət xidmətində problemlər yaranıb. Belə ki, Həzi Aslanov- İçərişəhər marşrutu üzrə işləyən qatarların hərəkəti dayanıb. İçərisində sərnişin olan qatarlardan biri 30-40 dəqiqədən çox “Məşədi Əzizbəyov” və “Ulduz” stansiyalarının arasında tuneldə qalıb. Bu səbəbdən xətdəki qatarların hamısı hərəkəti dayandırmağa məcbur olublar.

Metropoliten işçiləri bildirirlər ki, belə hallarda problemin aradan qaldırılması bəzən bir saatdan da çox çəkir. Çünki işıqforların işləməməsi bütün istiqamətlərdə hərəkəti çətinləşdirir və belə demək mümkündürsə, yerin altında tıxac yaradır.Hərəkət xidmətinin təşkili şöbəsində bildirirlər ki, hazırda qəza xidməti keçidlərdə və yolayrıcılarda yoxlama-sazlama işləri aparır, işıqforların fəaliyyətini tənzimləməklə məşğuldur.


Mənbə : Lent.az

9 Mart 2009 Pazartesi

Hörmət qarşılıqlı olmalıdır...

KİV haqqında Milli Məclisdə gərgin və mübahisəli keçən müzakirələrdə 18 Deptutat iştirak etdi və hər kəs öz positiv, negativ fikirlərini söylədi.

MM sədri Oqtay Əsədov qeyd edib ki, qanuna təklif olunan dəyişikliklər sarı mətbuatı sıradan çıxarmağa yönəlib: “Jurnalistlər öz yazılarında diqqətli olmalıdır. Hörmət qarşılıqlı olmalıdır. Ola bilər ki, bu qəzetlərin arxasında lazım olmayan adamlar dayanır”.

Ola bilərki bu belədir, Amma biz AZAD MƏTBUAT istəyirik!!!

QANUN DƏYİŞDİ...

"Hümanitar sahəni qurtaran bir şəxs texniki işlərlə məşğul olan firmaya başçılıq edə bilməz???"


Milli Məclisin gərgin keçən bugünkü iclasında İ.Ağazadə KİV rəhbərinin ali təhsillli olmasıyla bağlı dəyişikliyi tənqid edib: “Xoşun gəlmir, oxuma, qəzet haqqını tapdayırsa, məhkəməyə müraciət et. Sahibkarlıqla məşğul olmaq istəyənlərin haqqını tapdamaq olmaz. Bu, mürtəcə dəyişiklikdir. Onda belə çıxır ki, humanitar sahəni qurtaran bir şəxs texniki işlərlə məşğul olan firmaya başçlıq edə bilməz?”

Müzakirələrdə 18 deputat çıxış edib və “KİV haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəsindən sonra 104 lehinə, 5 əleyhinə, 1 nəfər bitərəf olmaqla qəbul edilib.


Mənbə: MediaForum

Röya "Bax" 2009

alt