10 Mart 2009 Salı

Yerin altında da tıxac...



Sərnişin dolu qatarlar yarım saatdan çox tuneldə qalıb.

Bugün təxminən saat 9.45 radələrindən Bakı metrosunun hərəkət xidmətində problemlər yaranıb. Belə ki, Həzi Aslanov- İçərişəhər marşrutu üzrə işləyən qatarların hərəkəti dayanıb. İçərisində sərnişin olan qatarlardan biri 30-40 dəqiqədən çox “Məşədi Əzizbəyov” və “Ulduz” stansiyalarının arasında tuneldə qalıb. Bu səbəbdən xətdəki qatarların hamısı hərəkəti dayandırmağa məcbur olublar.

Metropoliten işçiləri bildirirlər ki, belə hallarda problemin aradan qaldırılması bəzən bir saatdan da çox çəkir. Çünki işıqforların işləməməsi bütün istiqamətlərdə hərəkəti çətinləşdirir və belə demək mümkündürsə, yerin altında tıxac yaradır.Hərəkət xidmətinin təşkili şöbəsində bildirirlər ki, hazırda qəza xidməti keçidlərdə və yolayrıcılarda yoxlama-sazlama işləri aparır, işıqforların fəaliyyətini tənzimləməklə məşğuldur.


Mənbə : Lent.az

1 yorum: